Samuxda ötən ilə nisbətən 8,5 faiz çox üzüm yığılıb
20 dekabr 2018 | 16:00
Bu il Samux rayonunun təsərrüfatlarından 9620 ton üzüm yığılıb.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, əvvəlki ilə nisbətən 8,5 faiz çoxdur.
Məhsuldarlıq hər hektardan 102,4 sentner olub. Sahələrdən 4817 ton süfrə, 4803 ton şərab üzümü yığılıb. Üzüm istehsalının 9 tonu dövlət təsərrüfatlarında, 4969 tonu qeyri-dövlət təsərrüfatlarında, 4642 tonu isə əhali təsərrüfatlarında qeydə alınıb.
Hazırda rayonda 1025,2 hektar üzüm bağı mövcuddur. Bunun 929,8 hektarı barverəndir. Bu il 15,6 hektar sahədə yeni üzüm bağları salınıb.
Samux, 19 dekabr, Rauf Hacıyev, AZƏRTAC