Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının onuncu ildönümü qeyd olundu

13 dekabr 2013 | 16:00

Bu gün Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatının onuncu ildönümüdür.
Respublikanın hər yerində olduğu kimi Samux rayonunda da Ulu Öndərin vəfatının onuncu ildönümü ilə əlaqədar anım tədbiri keçirildi. Rayon ictimaiyyətinin iştirakı ilə keçirilən anım tədbiri Ulu Öndərin abidəsinin önünə gül dəstələrinin qoyulması ilə başlandı.
Daha sonra rayon sakinləri Heydər Əliyev Mərkəzində Ulu Öndərin keçdiyi şərəfli ömür yolunu əks etdirən fotosərgilərdən ibarət muzeyi ziyarət etdilər.

Keçidlər