Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictimai birliyinin Samux rayon filialının Heydər Əliyev Mərkəzində illik hesabat yığıncağı keçirildi.

30 noyabr 2018 | 16:00

Samux rayonunda Heydər Əliyev Mərkəzində Azərbaycan Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictimai birliyinin Samux rayon filialının illik fəaliyyəti haqqında hesabat yığıncağı keçirilmişdir.Yığıncaqda Samux rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əliyev Mehman, Ağsaqqallar şurasının sədri Həmzəyev Həmzə, sədr müavini, rayon ziyalısı Bayramov Gəray, Səfərbərlik və Hərbi xidmətə çağırış Dövlət xidmətinin Samux rayon bölməsinin əməkdaşı Xudiyev Rüstəm,yeni Samux qəzetinin Baş redaktotu Əhmədov Azər, Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri iştirak ediblər.
Azərbaycan Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictimai birliyinin Samux rayon filialının sədri Orucov Mirzəmməd 2018-ci il ərzində filialın gördüyü işlər barədə geniş məruzə etdi. Məruzə ətrafında çıxış edənlər cari ildə filialın fəaliyyətinin qənaətbəxş olduğunu qeyd etdilər.

Keçidlər