Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Füzuli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Füzuli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Füzuli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Tağıyev Fidayıl Mədət oğlu Füzuli kəndi ərazisində əhaliyə verilən qaz təyziqinin az olmasını bildirdi və köməklik göstərilməsinə xahiş etdi.
2. Məmmədov Ramiz Hüseyin oğlu Əkin sahələrinin suvarılmasında çətinlik çəkmələrini bildirərək Şəmkir-Samux-Goranboy su kanalında gələn su arxlarının işlənilməsinə köməklik göstərilməsinə xahiş etdi.
3. Məmmədov Məqsəd Nadir oğlu Elektrik naqillərini yeni özünü daşıyan izolyasiya naqilləri ilə əvəz edilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi