Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxun əkin sahələrindən gələn il də bol məhsul toplanacağı gözlənilir

27 noyabr 2018 | 16:00

İqtisadiyyatının əsasını müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən Samux rayonunda bu günə kimi 10 min hektarda şum aparılıb, 6 min hektarda isə səpin yekunlaşdırılıb.
Samux Rayon İcra Hakimiyyətinin sektor müdiri Elmar Qarayev AZƏRTAC-a bildirib ki, səpinin 3 min hektarını arpa, 2 min hektarını buğda, 650 hektarını isə xəsil təşkil edir.
Fermer təsərrüfatlarının sertifikatlı toxumlarla, güzəştli mineral gübrələrlə, suvarma suyu və səpin texnikaları ilə təminatında hər hansı problem yoxdur. Səpinin optimal müddətdə yekunlaşdırılması üçün Samux Dövlət Aqrar İnkişaf Mərkəzində qərargah da yaradılıb.
Ötən il Samux rayonunda hər hektar buğda və arpa sahəsindən orta hesabla 35 sentner məhsul əldə olunduğunu deyən rayon icra hakimiyyətinin sektorun müdiri bildirib ki, şumun keyfiyyətli qaldırılması, torpağın səpin üçün hazırlanması və daha keyfiyyətli toxum materialları ilə istifadə edilməsi bol məhsulu üçün zəmin yaradır.
Samux, 27 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər