Samux rayonunda 22 noyabr “Ədliyyə işçilərinin peşə bayramı” günü münasibəti ilə tədbir keçirildi.
Samux rayonu İcra Hakimiyyəti binasının konfrans zalında “Ədliyyə işçilərinin peşə bayramı” günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdən əvvəl rayonun “Heydər” parkında Ulu öndərimiz Heydər Əliyevin abidəsi önünə tədbir iştirakçıları tərəfindən gül-çiçək dəstələri qoyulmuşdur.
Tədbirdə İcra Hakimiyyətinin Başçısı, İcra Hakimiyyətinin bir sıra məsul işçiləri, hüquq mühafizə orqanlarının rayon şöbələrinin rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbiri Samux rayon İcra Hakimiyyətinin Başçısı cəna Alı Qocayev açaraq başda Ədliyyə Naziri Fikrət Məmmədov olmaqla bütün ədliyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik etmiş, Azərbaycan Respublikasında ədliyyə orqanlarının rolu, ədliyyə sisteminin tarixi, bu günü və ölkə başçısının ədliyyə orqanlarına və işçilərinə qayğısı haqqında geniş nitq söyləmişdir.
Bundan sonra Samux rayon Məhkəməsinin sədri Nizami Hümbətov keçirilən bu bayram münasibəti ilə ətraflı məruzə etmişdir. Onun bu məruzəsinə rayon ictimaiyyətinin nümayəndələri də qoşularaq, məruzə ətrafında çıxışlar etmişlər . Daha sonra hüquq mühafizə orqanlarının rayon şöbələrinin rəhbərləri də təbrik çıxışları etmişlər.
Tədbirin sonunda İcra Hakimiyyətinin Başçısı tərəfindən rayonda öz işləri ilə fərqlənən ədliyyə işçiləri fəxri fərmanla mükafatlandırılmışlar.