Şriftin ölçüsü :

Saytın rəngi :

Samux məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində cənub bölgəsində olublar

19 noyabr 2018 | 16:00

Samux rayon ümumi təhsil məktəbləri üzrə 17 məktəbdən 40 nəfər şagird “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Lənkaran, Astara və Masallı rayonlarına ekskursiyada olublar.
4 gün davam edən tur-aksiya çərçivəsində məktəblilər ilk gün Lənkaran şəhəri Heydər Əliyev Mərkəzinə, Bayraq Meydanına, Qoşa Qala qapılarına, Həzi Aslanovun ev muzeyinə və s. yerlərə baxış keçiriblər.
Səfərin 2-ci günü Astara şəhərinə yollanan şagirdlər Gənclər Mərkəzi, “Yanar bulaq”, Bulvar və Astara çay fabriki ilə tanış olublar.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının son günü isə Masallı şəhərinə yollanan şagirdlərimiz şəhərin Tarix-diyarşünaslıq müzeyi, Heydər Əliyev parkı, Bayraq Meydanı və Dövlət Rəmzləri muzeyi və bir çox görməli yerlərə səyahət edərək tanış olublar.
Qeyd edək ki, tur-aksiyada iştirak edən məktəbliləri dörd nəfər müəllim və bir nəfər həkim müşaiyət edib.

Keçidlər