Samux rayonunda “3 dekabr Beynəlxalq Əlillər Günü” münasibəti ilə tədbir keçirilmişdir.
Hər il dekabr ayının 3-də Beynəlxalq Əlillər günü qeyd olunur. Beynəlxalq Əlillər günü 3 dekabr 1992-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilib. Hər il 3 dekabr tarixində BMT-yə üzv olan ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlər təşkil olunur.
Bu cür tədbirlər müntəzəm olaraq Respublikamızda o cümlədən rayonumuzda da qeyd olunmaqdadır.Əlillərə qayğı onların sosial-məişət və digər problemlərinin həlli daim Cənab Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur.Bu diqqət və qayğı Cənab Prezidentin 29.08.2013-cü il tarixli Fərmanı ilə əlillərin və bu kateqoriyadan olan digər insanların müavinətlərinin artırılmasında bir daha öz təsdiqini tapdı.
Əlill vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır.
Rayonumuzda 3 dekabr Əlillər Günü ilə bağlı keçirilən tədbirə 100 nəfər əlil və fiziki qüsuru olan rayon sakinləri dəvət olunmuşdur.Bundan başqa 10 nəfər yataq xəstəsi olan I qrup əlillər evlərində ziyarət olunmuşdur.Dəvət olunmuş və evlərində ziyarət edilmiş əlillərə sovqat bağlamaları verilmiş və digər maddi yardımlar göstərilmişdir.
Tədbirdə Samux rayon İcra Hakimiyyətinin rəhbər işçiləri və Samux rayon ƏSMM-nin kollektivi iştirak etmişlər.