Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda "09 Noyabr - Bayraq günü " münasibəti ilə tədbir təşkil olundu.

08 noyabr 2018 | 16:00

08 noyabr 2018-ci il tarixdə Samux rayonunda "09 Noyabr - Bayraq günü " münasibəti ilə möhtəşəm tədbir təşkil olundu. Gənc şagirdlər və yürüyüş iştirakçıları əllərində üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı ilə Heydər Əliyev Mərkəzinin qarşısından Bayraq meydanına doğru irəlilədilər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndi.Yürüyüşdə Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı, Təhsil Şöbəsi, Səhiyyə şöbəsi , orta məktəblərin müəllim və şagirdləri, rayon ərazisində fəaliyyət göstərən bütün idarə, təşkilatlar iştirak edirdi. Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev və çıxış edən natiqlər Bayraq günü münasibəti ilə hər kəsi təbrik etdi. Daha sonra tədbirin bədii hissəsində şagirdlər Bayraq günü ilə bağlı çoxlu şeirlər dedilər. Tədbir gənclərimiz və rayon ictimaiyyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Əziz xalqımız hər birinizi 09 Noyabr - Bayraq Günü münasibəti ilə təbrik edirik . Ulu babalarımızdan bizə əmanət olan üçrəngli, ay-ulduzlu bayrağımızın əbədi olaraq dalğalanmasını diləyirik.

Keçidlər