Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Alıuşağı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.

07 noyabr 2018 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Alıuşağı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Alıuşağı  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mürvət Bağırov  kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Quliyev Vaqif Nərman oğlu Alıuşağı kəndidə yeni yaşayış massivinə çəkilmiş qaz xəttinə texniki şərtin verilməsinə köməklik göstərilməsinə xahiş etdi.
  2. Quliyeva Azadil Nəsir qızı Alıuşağı kəndidə yeni uşaq baxcasının tikilməsini təklif etdi.
  3. Əsədov Musa Suliddin oğlu  Alıuşağı kənd Tam orta məktəbində əlavə korpusun tiklməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi

Keçidlər