Samux rayonunda yeni suvarma kanalı inşa ediləcəkdir.
06 noyabr 2018 | 16:00
Samux rayon Salahlı kəndi ərazisində yerləşən əkinə yararlı torpaq sahələrinin intensiv suvarma suyu ilə təmin edilməsi üçün rayonun Brunqovaq kəndi ərazisindən başlayaraq Qabırrı çayından yeni suvarma kanalının çəkilişi həyata keçiriləcəkdir. Samux rayon İcra Hakimiyyətinin başçısı, cənab Alı Qocayev aidiyyatı idarə, müəssisə və təşkilatlarla Salahlı və Brunqovaq kəndlərində olmuş, kanalın inşa ediləcəyi istiqamət və suvarılacağı ərazilərə yerindəcə baxış keçirilmişdir. Mütəxəsislərlə məsləhətləşərək kənd əkinçilərinin də fikirləri dinlənilmişdir. Kanalın çəkilişi məhsuldarlığın artırılmasına və ailə təsərrüfatlarının inkişafına çox böyük təsir edəcəkdir.