22 noyabr 2013-cü il tarixində Samux rayonunda “Ədliyyə işçilərinin peşə bayramı” günü münasibətilə keçirilən bayram tədbiri
22 noyabr 2013-cü il tarixində saat 11-00 da Samux rayonu İcra Hakimiyyəti binasının konfrans zalında “Ədliyyə işçilərinin peşə bayramı” günü münasibətilə bayram tədbiri keçirilmişdir.
Tədbirdən əvvəl rayonun “Heydər” parkında Ulu öndərimiz Heydər Əliyevin abidəsi önünə tədbir iştirakçıları tərəfindən gül-çiçək dəstələri qoyulmuşdur.
Tədbirdə rayon ərazisində fəaliyyət göstərən ədliyyə orqanlarının məsul işçiləri ilə yanaşı İcra Hakimiyyətinin başçısının birinci müavini, İcra Hakimiyyətinin bir sıra məsul işçiləri, hüquq mühafizə orqanlarının rayon şöbələrinin rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbiri Samux rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini T. M. Qarayev açaraq başda Ədliyyə Naziri Fikrət Məmmədov olmaqla bütün ədliyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik etmiş, Azərbaycan Respublikasında ədliyyə orqanlarının rolu, ədliyyə sisteminin tarixi, bu günü və ölkə başçısının ədliyyə orqanlarına və işçilərinə qayğısı haqqında geniş nitq söyləmişdir.
Bundan sonra Samux rayon Məhkəməsinin sədri N. Hümbətov və Samux rayon dövlət notariusu Z. Ağcayev keçirilən bu bayram münasibəti ilə ətraflı məruzə etmişlər. Onların bu məruzələrinə rayon ictimaiyyətinin nümayəndələri də qoşularaq, məruzə ətrafında çıxışlar etmişlər. Daha sonra hüquq mühafizə orqanlarının rayon şöbələrinin rəhbərləri də təbrik çıxışları etmişlər.