Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qarayeri qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qarayeri qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə qəsəbə sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisinin xidməti,Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun Baş əsləhətçisi Mürsəlov Orxanda qonaq qismində iştirak etmişdir.
Əvvəlcə Qarayeri qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi M’ftun Yusifov qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qəsəbədə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Talıbov Zaman Abdulla oğlu qəsəbə ərazisinə Beynəlxalq Bankın bankamatını quraşdırılmasını xahiş etdi.
2. Cəfərov Fərhad Mikayıl oğlu Qarayeri qəsəbə Əlikəndi massivinə gedən elektrik xəttinin təmir edilməsini xahiş etdi.
3. Mahmudova Bəsti Novruz qızı isə Qarayeri qəsəbə 1 saylı məktəb Liseydə yeni korpusun tiklməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi