Samuxda daxili yolların təmiri sürətləndirilib
Samux rayonunda avtomobillərin və piyadaların rahat hərəkətini təmin etmək üçün yolların təmiri davam etdirilir. Ölkə prezidentinin sərəncamı ilə Yenikənd-Köbər-Qaraağaclı kəndlərarası avtomobil yolunun yenidən qurulması istiqamətində iş aparılır. Paralel olaraq Gəncə-Samux və Samux-Lək avtomobil yolunda da təmir bərpa işləri gedir. Uzun illərdir yol sarıdan min bir əzab əziyyətə qatlaşmalı olan Samux şəhər Eltun Məmmədov, Şəhidlər və 20 Yanvar küçələrinin sakinləri də yaşadıqları ərazidə yeni yolun salınmasına seviniblər. İşlərin vaxtında başa çatdırılması üçün kifayət qədər işçi qüvvəsi və texnika ayrılıb. Mərhələli şəkildə digər küçə və prespektlərin də abadlaşdırılması nəzərdə tutulub.
Sadiq Salmanov sakin: Biz əvvəllər maşınlada gedib gələ bilmirdik. Çətinlik çəkirdik maşınlar sırdan çıxırdı. İndi çox şükürlər olsun ki asfalt salınır. Bizimdə sevincimin həddi hüdudu yoxdur.
Etibar Həsənov sakin: Nəvələrimiz bu yoldan gedə bilmirdi. Bağçaya məktəbə bu yolla gedib-gəlmək mümkün deyildi. Çox şükür bu günkü günə bu yollarımızı düəzldillər.
Natiq Hüseyn