Şriftin ölçüsü :

Saytın rəngi :

“Sosial bağlar” 125 ailəni əhatə edəcək

27 oktyabr 2018 | 16:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə “Sosial bağlar” layihəsi həyata keçirir. Layihə çərçivəsində sosial cəhətdən həssas qruplar üçün meyvə bağları salınır, tərəvəz və bostan məhsulları istehsalı üzrə ailə təsərrüfatları yaradılır.
Rəsmi məlumata görə 41 rayon (Tərtər, Ağdam, Bərdə, Füzuli, Quba, Xaçmaz, Qusar, Siyəzən, Şabran, Ağdaş, Kürdəmir, Yevlax, Beyləqan, Ucar, Siyəzən, Salyan, Sabirabad, Qobustan, Ağsu, İsmayıllı, Şəmkir, Daşkəsən, Samux, Ağstafa, Qazax və s.) üzrə 125 ailə üçün təsərrüfatlar qurulur.

“Sosial bağlar” layihəsi iştirakçılarından 30 nəfəri şəhid ailəsi üzvləri, 28 nəfəri əlilliyi olanlar, qalanları aztəminatlı ailələrin üzvləridirlər.

Keçidlər