Samux rayon Lək kənd tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirilib
Samux rayon Lək kənd tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü münasibəti ilə məktəbin müəllim kollektivi və şagirdlərin iştirakı ilə dəyirmi masa keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd məktəblilərə insan və uşaq hüquqları haqqında geniş məlumat vermək olub.
İlk olaraq məktəbin direktoru Eynulla Xəlilov çıxış edərək açıq elan edib. Sonra məktəbin tarix müəllimi Qasımova Ülviyyə, məktəbin təqaüdçü müəllimi valideyn Süleymanova Tamella, ibtidai sinif müəllimləri, məktəbin kitabxanaçısı, psixoloqu Xəyalə İsmayılova və ibtidai sinif müəllimləri çıxış edərək uşaq hüquqlarının qorunmasından, uşaqlara diqqətin artırılmasından, uşaq hüquqlarının pozulmasından geniş məruzə ilə çıxış ediblər.
Sonda tədbirin gündəliyində duran mövzu ilə bağlı şagirdlərin ifasında şeirlər səsləndirilib.