Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun İstixana kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.

24 oktyabr 2018 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun İstixana kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə İstixana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Abdullayeva Nüşabə Kamal qızı İstixana kəndində yeni məktəb binasının tikilməsinə köməklik göstərilməsini xahiş etdi.
  2. İbrahimova Roza Dəmir qızı  həyətyanı torpaq sahələrinin sənədləşməsində çətinlik çəkmələrini bildirmiş və köməlik edilməsini xahiş etdi.
  3. Həsənova Sahidə Hadı qızı  əkin sahələrini suvarılması üçün yeni bir ədəd subartezan quyusunun qazılmasını xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi

Keçidlər