Samux rayon Qarayeri qəsəbəsində əsaslı təmirdən sonra ailəvi-istirahət parkı sakinlərin istifadəsinə verilmişdir.
“18 oktyabr Müstəqillik günü” müansibəti ilə Samux rayonu Qarayeri qəsəbəsində yeni istirhaət parkının açılışı olub. Partkın təntənəli açılış mərasimində çıxış edənlər ölkəmiz müstəqillik əldə etdikdən sonra respublikamızda o cümlədəndə Samux rayonunda həyata keçirilən abadlıq quruculuq və tikinti layihələrindən danışıblar. Samuxun ən böyük yaşayış məntəqəsi olan Qarayeridə yeni istirahət parkının salınmasıda quruculuq işlərinin davamı kimi dəyərləndirilib.
Ümumi sahəsi 1,5 hektar olan istirahət parkında təmir-bərpa işləri artıq başa çatmışdır. Parkın ətrafında 390 metr uzunluğunda hasarlama işləri aparılmış, gəzinti yollarının kənarına 450 p.metr bardür düzülmüş, 500 kv.m üzlük daşların döşənmişdir. Hasarların üzərinə dekorativ barmaqlıqlar vurulmuşdur. Parkda 2 ədəd fəvvarə quraşdırılmışdır ki, onların hovuzlarının içərisinə 150 kv.metr mozayka vurulmuş, kənarları aqlay daşları ilə üzlənmişdir. Əhlinin dincəlməsi üçün 2 ədəd “besetka” quraşdırılmışdır. Parkın suvarma sistemi üçün 250 metr üzunluğunda 25 mm diametrli kapron boru ilə su xətti çəkilmişdir. 1100 kv.metr rəngləmə işləri aparılmışdır.
Çıxışlarda gələcəkd bu gün işlərin digər kənd və qəsəbələrdə də davam etdiriləcəyi diqqətə çatdırılıb. Rəsmi hissədən sonra içtimayyət nümüyədələri rayonda fəaliyyət göstərən 16 körpələr evi uşaq bağçası kollektivlərinin eləcədə 33 məktəbin şagirdlərinin hazırladıqları rəsm əsərələrinə baxış keçiriblər. Dövlət Müstəqilliyinə və milli atributlarımıza aid maketlər iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbir iştirakçıları yeni istirahət parkınd ayaradılan şəaitlə də tanış olublar. Ümumi ərazisi 1 hektardan böyük olan park kompelksdə sakinlərin asudə vaxtının səmərəli təşkili üçün maksimum şərait yaradılıb. Burada iki fəvvarə uşaqların əyləncəsi atarksion eləcədə yaşlı nəslin rahatlığı üçün xüsusi yerlər ayrılıb. Silsilə tədbirlər rayon mədəniyyət işçilərinin hazırladğı bayram konserti ilə davam edib.