Şriftin ölçüsü :

Saytın rəngi :

Sağlamlıq imkanı məhdud uşaqlar üçün “Təhsil əngəl tanımaz” adlı tədbir keçirilib

17 oktyabr 2018 | 16:00

Samux Rayon Təhsil Şöbəsi, Azərbaycan  Respublikası Prezidenti yanında Bilik Fondunun Samux rayon nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı ilə 18 Oktyabr Müstəqillik günü ərəfəsində Samux rayon ümumtəhsil məktəblərində təhsil alan sağlamlıq imkanı məhdud şagirdlərin iştirakı ilə “Təhsil əngəl tanımaz” devizi altında tədbir keçirilib. Tədbirdə həmçinin qonaq qismində Samux rayon İcra Hakimiyyətinin, Samux rayon YAP təşkilatının sədri, Samux rayon Gənclər və İdman idarəsinin nümayəndələri və ”Əlil Qadınlar” cəmiyyətinin Gəncə şəhər şöbəsinin sədri iştirak edib..
Tədbirdə ilk olaraq Samux RTŞ-nin müdiri Gülağa Hüseynov çıxış edərək sağlamlıq imkanı məhdud uşaqların təhsil alması və cəmyaşıdlarından kənarda qalmaması üçün hər çür dəstəyin həm ölkə Prezidenti cənab İlham Əliyev, həm də Təhsil Nazirliyi tərəfindən təmin olunması haqqında söhbət açıb. Sonra Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Samux rayon nümayəndəsi  Həsənova Nuridə, Samux PTPK-nın sədri Sabitə Nəsibova, Yeni Azərbaycan Partiyası Samux rayon komitəsinin sədri Gündüz Bayramov çıxış ediblər.
Samux rayon ümumtəhsil məktəblərində xüsusi təhsil alan 13 sağlamlıq imkanı məhdud şagirdlər, onların valideynləri və müəllimləri iştirak edib.
Tədbirin keçirilməsində məqsəd sağlamlıq imkanı məhdud olan şagirdləri diqqətdən kənarda qalmadıqlarını, onlara hər zaman dəstək və köməkliklər əsirgənilmir. Bu şagirdlər fizik və əqli cəhətdən qüsurlu olsalar da mənəvi cəhətdən sağlamdırlar. Onlar da cəmiyyətin digər üzvləri kimi bərabər hüquqlu şəxsiyyət kimi formalaşır.
Sonda şagirdlərə Samux rayon Təhsil Şöbəsi tərəfindən qiymətli hədiyyələri təqdim edilib.

Keçidlər