Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş, “Vətənin Müdafiəsinə Hazıram” Poliatlon Çöxnövçülüyü üzrə rayon birinciliyi keçirildi.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə bağlı tədbirlər davam etdirilir. 16 oktyabr 2018-ci il tarixdə Samux şəhər 1 saylı məktəb-liseyin stadionunda Samux Rayon İcra hakimiyyətinin dəstəyi, Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş, “Vətənin Müdafiəsinə Hazıram” Poliatlon Çöxnövçülüyü üzrə rayon birinciliyi təşkil olundu. Tədbiri keçirməkdə məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi, gəncləri Vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, idmanı təbliğ etmək, gəncləri ordu sıralarına hazırlamaq , Vətənə məhəbbət və vətənpərvərlik hissini artırmaq, rayon birinciliyinin qalibini müəyyənləşdirərək zona yarışında rayonu təmsil edəcək komandanın formalaşdırılması idi. Yarış qaçış, turnikdə dartınma və qumbara atma üzrə keçirildi. Hakimlərin yekun protokoluna əsasən 1-ci yerə Sərkar kənd tam orta məktəb komandası, 2-ci yerə Samux şəhər 2 saylı tam orta məktəb komandası, 3-cü yerə Alıuşağı kənd tam orta məktəb komandası layiq görüldülər. Qalib komandaları təbrik edirik.