Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun İnstitut qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun İnstitut qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə qəsəbə sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə İnstitut qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Səbuhi Məmmədov qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qəsəbədə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Rizvanov Ömər Nizam oğlu Gəncə RAEM və İnnovasiya Mərkəzi Dövlət müəssəsindən İcarəyə taorpaq sahəsi verilməsini xahiş etdi .
2. Baxşəliyev Elman Nizami oğlu dövlət tərəfindən inşa edilmiş yaşayış mənzilinə qaz və elektrik xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etdi.
3. Əzimova Nazilə Teymur qızı isə yeni tikilmiş yaşayış evinə Memarlıq və Tikinti şöbəsinin Rəyinin alınmasına köməklik göstərilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi