Samux rayonunda qanvermə aksiyası keçirildi
16 oktyabr 2018 | 16:00
B.A.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankının əməkdaşları 16.10.2018-ci il tarixdə Samux Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyası keçirmişdir. Aksiyada rayon əhalisi, idarə və təşkilatlar fəal iştirak etmiş, 85 nəfərdən qan tədarükü götürülmüşdür.