Samux rayonunda “Əmək Yarmarkası -2018” adlı tədbir keçirilmişdir
12 oktyabr 2018-ci il tarixdə işsiz və işaxtaran vətəndaşların aktiv məşğulluğunu təmin etmək məqsədi ilə Samux şəhər Məşğulluq Mərkəzində rayon rəhbərliyinin, idarə, müəssisə,təşkilatların və sahibkarların köməyi ilə “Əmək Yarmarkası -2018” adlı tədbir keçirilmişdir.
“Əmək Yarmarkası” nın keçirilməsinə dair qəsəbə və kənd yerlərinə elanlar vurulmuş, işsiz və işaxtaran vətəndaşlar arasında geniş təbliğat işləri aparılmışdır.
“Əmək Yarmarkası”nın keçirilməsi ilə bağlı 20 idarə, müəsissə , təşkilat və fiziki şəxsdən 143 boş iş yerləri çıxarılmışdır. İş yerləri təqdim edən müəssisələrdən 11 dövlət, 7 qeyri-dövlət müəssisələri, 2 fiziki şəxslər olmuşdur. Yarmarkaya dövlət müəssisələri tərəfindən 100, qeyri-dövlət müəssisələri tərəfindən 34, fiziki şəxslər tərəfindən isə 9 boş iş yeri çıxarılmışdır. Toplanmış iş yerində minimum əmək haqqı 130,00 manat, maksimum əmək haqqı isə 365,00 mant təşkil etmişdir.
Yarmarkada 210 nəfər vətəndaş iştirak etmiş, 39 nəfər vətəndaşa münasib iş yerlərinə,10 nəfər vətəndaşa isə ictimai işlərə göndərişlər verilmişdir.
Yarmarkada rayon İcra Hakimiyyəti Başçısı Alı Qocayev, rayon ictimayyəti və rayon ərazisində fəaliyyət göstərən idarə,müəssisə rəhbərləri ,sahibkarlar iştirak etmişdir.