Xüsusi Təhlükəli Hidrometeoroloji hadisə haqqında xəbərdarlıq
05 oktyabr 2018 | 16:00
Azərbaycanın rayonlarında
Oktyabrın 05-i səhərdən 06-sı gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, Kür-Vadisi rayonlarında arabir 30-33 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.
Hidrometeoroloji Proqnozlar
Bürosunun direktoru: G. Məmmədova