Samux rayonunda tərəvəz istehsalı 11447 tona çatdırılmışdır
Bu il Samux rayonunda 709,7 hektar sahədə tərəvəz yetişdirilmişdir. Bunun 677,2 hektarı əhali təsərrüfatlarında, 32,5 hektarı isə kənd təsərrüfatı müəssisələrində olmuşdur. Təsərrüfatlardan cəmi 11447 ton məhsul yığılmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2000 ton və ya 21% çoxdur.
Bu il tarlalardan 5269 ton pomidor, 1836 ton xiyar, 1389 ton badımcan, 481 ton bibər, 81 ton süfrə yerkökü, 83 ton süfrə çuğunduru, 609 ton baş sarımsaq, 461 ton baş soğan, 161 ton yaşıl lobya, 167 ton kələm, 910 ton digər tərəvəz növləri yığılmışdır.
Rayonda istehsal olunan tərəvəz əhalinin ərzaq tələbatını ödəməklə yanaşı şəhər bazarlarına çıxarılır və eyni zamanda bir sıra ölkələrə ixrac olunur.
Tərəvəz istehsalı rayonda kənd təsərrüfatı üzrə əsas ərzaq və gəlir mənbəyindən biridir və bu sahəyə maraq ildən ilə artmaqdadır.
Samux Rayon Statistika İdarəsi