Samux rayonunda bu il 2615 ton kartof istehsal olunmuşdur
28 sentyabr 2018 | 16:00
Samux rayonunun təsərrüfatlarında bu il 238 hektar sahədə kartof yığımı aparılmışdır. Bunun 174 hektarı əhali təsərrüfatlarında, 64 hektarı isə kənd təsərrüfatı müəssisələrində olmuşdur. Sahələrdən 2615 ton məhsul yığılmışdır ki, bu da əvvəlki ilə nisbətən 1081 ton və ya 70,4 faiz çoxdur. Məhsuldarlıq hər hektardan 109,9 sentner olmuşdur.
Rayon əhalisiinin kartofa olan tələbatının tam ödənilməsi məqsədilə bu məhsulun istehsalının artırılması üçün əkin sahələrinin və məhsuldarlığın daha da artırılması tələb olunur və təsərrüfatlarda bu istiqamətdə müəyyən işlər görülməkdədir.
Samux Rayon Statistika İdarəsi