Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda arıçılığa maraq ildən ilə artır

07 sentyabr 2018 | 16:00

Samux rayonunda arıçılıq ənənəvi peşə sahələrindən biri olmuşdur. Qədim zamanlardan əhali bu sahəyə böyük maraq göstərmişdir. Hal-hazırda rayonda 892 arı ailəsi mövcuddur. Bunun 853 ədədi əhali təsərrüfatlarında saxlanılır.  Son 3 ildə arı ailələrinin sayı 468 ədəd artmışdır. Münasib iqlim şəraitinə və zəngin faunasına görə Samux rayonunda arıçılıq ildən ilə inkişaf edir. Rayonda arıçılıq məhsullarından həm ərzaq,  həm də müalicə məqsədilə geniş istifadə edilir. Arıçılığın maya dəyəri az, gəliri isə çoxdur. Ona görə də arıçılıqla məşğul olan  əhali təsərrüfatlarının bu sahəyə marağı artmaqdadır. Eyni zamanda arıçılıq məhsullarına olan təlabatın  və son illərdə bu sahəyə olan dövlət qayğısının artması  gələcəkdə  arıçılığın  daha da inkişaf etməsinə səbəb olacaqdır.   

 


Samux Rayon Statistika İdarəsi

Keçidlər