Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda pambıq yığımına hazırlıq işləri gedir

05 sentyabr 2018 | 16:00

Vaxtilə pambıq istehsalına görə respublikada böyük şöhrət qazanmış Samux rayonunda son dövrlər bu sahəyə maraq azalsa da, artıq bir neçə ildir ki, yenidən bu sahəyə diqqət artırılmışdır. 2018 -ci ildə rayonda 400 hektar pambıq əkilmişdir. Bu 1992-ci ildən bəri, yəni rayonun tarixində ən yüksək güstəricidir. Sahələrdə bu il bol pambıq becərilmişdir. Artıq 10-15 gündən sonra pambıq yığımına başlanılacaqdır. Pambıqçılığın inkişaf etdirilməsi bu gün ən aktual problemlərdən biri hesab edilir. Pambıq həm respublikaya xarici valyutanın gətirilməsində, həm də sosial məsələlərin həllində mühüm rol oynayır. Pambıqdan həm toxuculuq sənayesi üçün xammal kimi istifadə edilir, eyni zamanda ərzaq məqsədilə pambıq yağı alınır. Bundan əlavə pambıq çiyidindən  ev heyvanları üçün qüvvəli yemlər hazırlanır. Pambıqçılıq bununla yanaşı məşğulluq problemlərinin həllində də mühüm əhəmiyyət kəsb edir.   
      Növbəti illər üçün rayonda pambığın əkin sahələrinin artırılacağı nəzərdə tutulmuşdur.

Keçidlər