Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Kəsəmən kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Kəsəmən kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Poylu kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Həsənov Müzadil Sadəddin oğlu Poulu bələdiyyəsinin ehtiyat fond torpağından 2 ha torpaq sahəsinin verilməsini xahiş etdi .
2. Bağırov Tahir Qasım oğlu Kənddə internet sürətinin zəif olduğu üçün köməklik göstərilməsini xahiş etdi.
3. Aslanov Məmməd Aslan oğlu su təmizləyici qurğunun nasosunun yanmasını bildirdi və təmir edilməsinə köməklik göstərilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi