Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonu yeni iqtisadi inkişaf mərhələsində

03 sentyabr 2018 | 16:00

Samux rayonu Gəncə-Qazax iqtisadi rayonuna daxil edilir və rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ölkənin başqa bölgələrində olduğu kimi, Samux rayonunda da 2017-cı il uğurla, yüksək göstəricilərlə başa vurulmuşdur.
    Ümumi məhsul.
    2017-cı ildə Samux rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi 162577,5 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən 13897,1 min manat və ya 40,8 faiz çoxdur. Istehsal sahələrinin xüsusi çəkisi 121635.1 min manat və ya 74,8 faiz, xidmət sahələrinin xüsusi çəkisi isə 40942,4 min manat və ya 25,2 faizdir.

     Məhsul buraxılışının ümumi həcmi kənd təsərrüfatı üzrə 75540.2 min manat və ya 46,5 faiz, ticarət üzrə 37210,2 min manat və ya 22,9 faiz, tikinti üzrə 39354,0 min manat və ya 24,2 faiz , sənaye üzrə 6740,9 min manat və ya 4,1 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 3029,7 min manat və ya 1,9 faiz, rabitə üzrə 702,5 min manat və ya 0,6  faiz olmuşdur. 2017-ci il ərzində adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2833,1 manat olmuşdur ki, bu da 2016-cı ilə nisbətən 796,8 manat və ya 39,1 faiz çoxdur.
   Kənd təsərrüfatı.
     Samux rayonunda istifadə olunan torpaqların cəmi 144857 hektardır. Bundan  69298 hektar kənd təsərrüfatına yararlı torpaq  sahələridir. Bütün təsərrüfat kateqoriyaları daxil olmaqla 2017-cı ilin məhsulu üçün 21247  hektar sahə əkin altında olmuşdur. Rayon iqtisadiyyatında heyvandarlıq, taxılçılıq, meyvəçilik və üzümçülük aparıcı rol oynayır. Bununla yanaşı rayonun təsərrüfatlarında tərəvəz, kartof, günəbaxan və s. kimi məhsullar istehsal edilir. 2017-ci ildə ümumi əkin sahəsinin 8653 hektarı və ya 40,7 faizi  dənli və dənli paxlalı bitkilər, 5251 hektarı və ya 24,7 faizi yem bitkiləri, 134 hektarı və ya 0,6 faizi  kartof, 675 hektarı və ya 3,2  faizi tərəvəz, 3618 hektarı və ya 17,0 faizi günəbaxan, 303 hektarr və ya 1,4  faizi qarğıdalı, 250 hektarı və ya 1,2 faizi bostan, 53 hektarı və ya 0,2  faizi pambıq, 1194 hektar və ya 5,6 faizi şəkər çuğunduru  və s. olmuşdur.
    Rayonun istifadəsində olan kənd təsərrüfatına  yararlı torpaq sahəsi onun ümumi torpar sahəsinin 47,8 faizini təşkil edir. Torpaq islahatı nəticəsində 12458 ailə 16833 hektar torpaq payına sahib olmuşdur. Orta hesabla bir ailəyə 1,35 hektar torpaq sahəsi verilmişdir. Hal-hazırda 11210 ailə fərdi sahibkar kimi fəaliyyət göstərir.
     Ümumi  torpaq sahəsinin 117747 hektarı dövlət mülkiyyətinə, 8083 hektarı bələdiyyə mülkiyyətinə, 19027  hektarı isə xüsusi mülkiyyətə verilmişdir.
       2017-cı ilin məhsulu üçün rayon üzrə 12361 hektar payızlıq taxıl səpini aparılmışdır. Bu ötən ilin müvafiq dövrünə nisbətən 4441 hektar və ya 56,1 faiz çoxdur. Hesabat dövründə 8306 hektar sahədə taxıl biçini aparılmışdır. Həmin sahələrdən 22873 ton məhsul yığılmışdır. Bu ötən ilə nisbətən 1149 ton və ya 4,8 faiz azdır. Cari ildə məhsuldarlıq 27,5 sentner olmuşdur ki, bu da ötən ilə nisbətən 6,8 faiz azdır.
    Gələcək dövrlərdə əkin sahələri fasiləli və ya növbəli əkinə keçirilərsə, su çatışmamazlığı problemi tam aradan qaldırılarsa və ziyanvericilərə qarşı mübarizədə dərman pereparatlarından mütəşəkkil qaydada istifadə edilərsə,əkin sahələrinə mineral və üzvi kübrələr daimi şəkildə verilərsə, rayonda məhsul istehsalı və eyni zamanda məhsuldarlıq bir neçə dəfə artırıla bilər.
    2017-cı ildə sahələrdən 14938 ton buğda, 7935 ton arpa yığılmışdır.
    İstehsal edilən bu qədər buğda rayon əhalisini tam təmin edir. Belə ki, əhalini çörəklə təmin etmək üçün orta hesabla bir nəfərə 1 ildə 145 kq buğda düşdüyünü və əhalinin orta illik sayının 57386 nəfər olduğunu nəzərə alsaq, müəyyən edərik ki,  1 ildə rayon əhalisi üçün 8321 ton buğda istehsal olunmalıdır. Bu hesabla cari ildə 6617 ton çox buğda istehsal edilmişdir.
       Rayonda əhalinin məşğul olduğu ən mühüm sahələrdən biri də meyvəçilikdir. 2017-ci ildə  təsərrüfatlarda 1515,2 hektar meyvə bağı mövcud olmuşdur. O cümlədən bu meyvə bağlarının 1280,5 hektarı barverəndir. Təsərrüfatlarda 17417,3 ton meyvə istehsal edilmişdir. Istehsal edilmiş meyvəçilik məhsullarının bir qismi əhali tərəfindən ərzaq məqsədilə istifadə olunur, bir qismi şəhər bazarlarına çıxarılır, digər hissəsi isə başqa respublikalara ixrac olunur. Əhalinin pul gəlirlərinin artırılmasında meyvəçiliyin böyük əhəmiyyəti vardır. Bu gün meyvə istehsalından və satışından əldə olunan gəlir ailə büdcələrinə xeyli gəlir gətirir. Hal-hazırda rayonda meyvə emalı üzrə fəaliyyət göstərən emal müəssisi mövcud deyildir. Gələcək dövrlərdə bu cür emal müəssisələri və tədarük təşkilatlarının yaranmasına böyük ehtiyac vardır. Eyni zamanda rayonda istehsal olunan meyvələr bir çox xarici ölkələrdə olmadığı üçün həmin ölkələrə ixracı mühüm əhəmiyyət kəsb edir. Bu isə meyvənin alıcılıq qabiliyyətinin artırılmasına və beləliklə də əhalinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olar. Meyvə və tərəvəz məhsullarının xarici ölkələrə ixracına köməklik məqsədilə mühüm tədbirlərin görülməsi və bu işlərə dövlət dəstəyinin gücləndirilməsi bu günün ən vacib məsələlərindən biri hesab edilir.
      Üzümçülük rayonun ən ənənəvi istehsal sahələrindən biridir. Belə ki, hələ 1895-ci ildə Forher qardaşları Samux rayonunun indiki Qarayeri qəsəbəsində kəhriz quyuları qazdıraraq sahələrə su çəkdirmiş, həmin sahələrdə üzüm plantasiyaları salmışlar. Sonra isə şərab zavodu tikdirərək, yığılan üzüm məhsullarından şərab və konyak emal edərək, həmin məhsulları satmaq üçün Almaniyaya və Rusiyaya göndərmişlər.
      Hal-hazırda rayonda 1058,6 hektar üzüm bağı mövcuddur. Bu üzüm bağlarının 979,3 hektarı bar verəndir.
      Ulu öndər H.Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra respublikanın hər yerində olduğu kimi Samux rayonunda da üzümçülük inkişaf etməyə başladı. Bunun əsasında rayonda 1976-80-ci illərdə 10 iri şərab zavodu tikilməyə başladı. Bu şərab zavodlarının hər birində ildə 10000 tona qədər üzüm emal edilirdi. Vaxtı ilə Sovetlər İttifaqı dövründə üzüm istehsalının həcminə görə böyük şöhrət qazanmış  Samux rayonunda bu gün üzüm bağlarının sahəsi xeyli azalmışdır. Buna səbəb keçmiş savxoz və kolxozların ləğvi və daha sonra isə aparılan aqrar islahatlar dövründə böyük həcimdə üzüm sahələri baxımsızlıq ucbatından yararsız hala düşməsi və daha sonra isə ləğv edilməsidir. 1995-ci ildə 5378 hektar üzüm bağı olduğu halda, 2015-ci ildə 1089 hektar və ya 5 dəfə az üzüm bağı olmuşdur.Hal hazırda 979,3 hektar üzüm bağı bar verəndir. Lakin 2005-ci ildən bəri üzümçülük özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Yararsız hala düşmüş bir çox üzüm sahələri əhali təsərrüfatları tərəfindən bərpa edilmiş və eyni zamanda bir sıra iş adamları tərəfindən yeni üzümlüklər salınmışdır.
       Rayonun Ziyadlı kəndində 2005-2006-cı illərdə 345 hektar üzüm bağı salınmışdır. 200 nəfərdən çox adam bu təsərrüfatlarda işlə təmin olunmuşdur. Poylu inzibati ərazi vahidində yaradılmış “Eldar-D” MMC-ində 90 ha yeni üzüm bağı salınmışdır. Üzümdən həm süfrə üçün, həm də şərab emalı üçün istifadə olunduğundan kənd təsərrüfatı sahəsində ən çox gəlir gətirən sahələrdən biri hesab edilir. Rayonda vaxtı ilə mövcud olan  10 şərab emalı zavodunun heç biri fəaliyyət göstərmir. Həmin şərab zavodları özəlləşdirilərək xüsusi mülkiyyətə çevrilmişdir. Hal-hazırda həmin zavodların hamısı yararsız haldadır. Bu müəssisələrin yeni texniki avadanlıqlarla təhciz edilməsi və istehsal texnologiyyasının modernləşdirilməsi zəruri hesab edilir. Bu üzümçülüyün inkişafına müsbət təsir göstərər, rayonda məhsul istehsalının həcmi artar, həm də işsizliyin aradan qaldırılmasına köməklik göstərər.
   
   Əvvəllər rayonda əkin sahələrinin əsas hissəsini taxıl və çoxillik otlar təşkil edirdi. Tərəvəz, kartof, bostan və texniki bitkilərin əkin sahələri çox az idi. Bu cür bitkilərin əkilməsi rayon iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir.. Əvvəlki illərdə rayondakı mövcud şərait buna imkan vermirdi. Çünki, əkin sahələrinin əsas hissəsi subartezianlar vasitəsi ilə suvarılırdı. Bu isə suvarmada çətinliklər yaradırdı. Buna görə də əhali təsərrüfatlarında bu cür bitkilər az becərilirdi. Tərəvə, kartof, bostan vəs. bitkilərin istehsalı az olduğu üçün şəhər bazarlarında bu cür məhsulların qiyməti bahalaşırdı. Şəmkir Maşın Su Kanalının işə salınması bu problemin həllində mühüm rol oynamışdır.. Vaxtı ilə savxoz və kolxozlara məxsus olan, sonralar isə aqrar islahat nəticəsində vətəndaşlara əmlak payı kimi verilən texnikalar uzun illərdir ki, istismara verildiyindən köhnəlmişdir. Buna görə də yeni texnikaların istifadəyə verilməsinə böyük ehtiyac vardır.
       Rayonda hal-hazırda 3 dövlət müəssisəsi vardır: Samux Kənd Təsərrüfatı İstehsal Müəssisəsi MMC, Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyasının Yardımçı Təsərrüfatı və Gəncə Regional Aqrar Elm və İnformasiya  Mərkəzi. Bu müəssisələrin cəmi 1023 hektar torpaq sahəsi vardır. Bu müəssisələrdə əkin sahəsi 665 hektar olmuşdur. 2017-ci ilin məhsulu üçün bu müəssisələrdə 277 hektar sahədə taxıl əkilmişdir. Həmin sahələrdən 461 ton məhsul əldə edilmişdir. Məhsuldarlıq 16,6 sent/ha olmuşdur. Bu təsərrüfatlarda  35 hektar toxumluq tərəvəz , 31 hektar çoxillik ot, 219 hektar günəbaxan,53 hektar pambıq, 50 hektar şəkər çuğunduru əkilmişdir. 2017-ci ildə dövlət təsərrüfatlarında 3,5 hektar üzüm bağı mövcud olmuşdur.  354,5 hektar sahə istifadəsiz qalmışdır. Istehsal olunmuş məhsulun faktiki qiymətlərlə dəyəri 609,6 min manat olmuşdur. Təsərrüfatları taxıl və tərəvəz toxumları ilə təhciz etmək üçün bu dövlət təsərrüfatlarına böyük ehtiyac vardır. Bu problemlərin öhdəsindən gəlmək üçün təsərrüfatlar istehsal həcmlərini artırmalıdırlar.
    Rayonda son illərdə ərzaq təhlükəsizliyini aradan qaldırmaq məqsədilə qış otlaq sahələrinin bir hissəsinin təyinatı dəyişdirilərək əkin məqsədilə istifadə olunur. “ MKTİK şirkəti Qarabağ Regional Filialının Yevlax Məntəqəsinin Samux Şöbəsi”-nə 500 hektar, “Nofəl” kəndli fermer təsərrüfatı 120 hektar, “Aqro Dairy”  mmc-nin yardımçı təsərrüfatına 5000 hektar, “Region Aqro” MMC-yə 1200 hektar torpaq sahəsi verilmişdir ki, bu torpaqlardan da əsasən taxılçılıq və pambıqçılıq məqsədilə istifadə ediləcəkdir.
      Əhali təsərrüfatlarından alınmış statistik hesabatlar göstərir ki,əhaliyə pay torpağı kimi verilmiş 16833 hektar torpaq sahəsindən tam səmərəli şəkildə istifadə olunmur. Bunun əsas səbəbi su çatışmamazlığı, torpağın aqrotexniki qaydada becərilməməsi,maliyyə catışmamazlığı və ən vacibi isə satış bazarının olmamasıdır. Bəzi torpaq sahələrindən isə örüş sahəsi kimi istifadə olunur. Halbuki, bütün inzibati ərazi vahidliyində bələdiyyə torpaqlarında örüş sahələri ayrılmışdır ki, bu torpaqlaqlarda da kifayət qədər mal-qara saxlamaq mümkündür.Torpaqların becərilməsi işində  problemlərin öhdəsindən xırda təsərrüfat rəhbərləri olduqca çətin gələ bilir. Ona görə də bu gün iri kollektiv fermer təsərrüfatlarının yaradılmasına böyük ehtiyac vardır.
  
       Sənaye.
     Samux rayonunda hal-hazırda 19 sənaye müəssisəsi qeydiyyatdan keçmişdir. Bu müəssisələrdən yalnız 12-i fəaliyyət göstərir.  Təsərrüfatçılığın yeni formalarından biri son illərdə yaradılmış fərdi sahibkarlıqdır. Bu hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 2017-cı ilin sonuna 19 nəfər olmuş və bunların sayı ilbəil artır. 2017-ci ildə sanaye məhsulunun həcmi faktiki qiymətlərlə 6740,9 min manat olmuşdur. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 752 min manat və ya 12,6 faiz çoxdur. Son 5 ildə sənayenin real artımı 67,3 faiz çox olmuşdur. Hesabat dövründə sənaye üzrə işçilərin orta siyahı sayı 429 nəfər olmuşdur. Bir ayda işçiyə orta hesabla 308,1 manat əmək haqqı hesablanmışdır.
       Emal sənayesi 1831,3 min manat olmuşdur ki, bu isə ümumi sənaye məhsulu istehsalının 27,2 faizini təşkil edir. Sənaye xidmətlərinin ümumi həcmi isə 4897,3 min manat və ya 72,0 faizdir.
       Cari ildə asfalt-beton məhsullarının istehsalı  olmamışdır. Hesabat dövründə fiziki şəxslər də daxil olmaqla emal sənaye müəssisələri 1831,3 min manatlıq mal və məhsul istehsal etmişlər ki, bu da ötən illə müqayisədə 51,8 faiz çoxdur.
         Samux rayonu kənd təsərrüfatı rayonu olduğu üçün meyvə-tərəvəz emalı üçün yeni emal müəssisələrinin tikilib istifadəyə verilməsi böyük əhəmiyyət kəsb edir. Meyvələrdən müxtəlif növ şirələr, cemlər, mürəbbələr və s. növ məhsulların istehsalı üçün istehsal sahələrinin yaradılması vacib sayılır.
       Rayonda bundan əlavə kifayət qədər ət, süd, yun ehtiyatı olduğu üçün həmin məhsulların təsərrüfatlardan alınıb emal edilməsi üçün yeni emal müəssisələrinin tikilib istifadəyə verilməsi zərurət doğurur.
       Sənayenin əhəmiyyətli dərəcədə inkişafı kənd təsərrüfatının da inkişafına böyük təsir göstərir. Kənd təsərrüfatı istehsalçıları bütün əməyini istehsala sərf etdiyi üçün istehsal etdiyi məhsulun satışı onun üçün müəyyən problemlər yaradır. Təsərrüfat rəhbərlərinin məhsulu bazara çıxarması və onun satışı ilə məşğul olması əlverişli hesab edilmir. Emal müəssisələrinin yaradılması bu problemlərin qarşısını ala bilər.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı (2014-2018-ci illər)-nın icrası haqqında.
      Hesabat dövrü ərzində tikinti təşkilatları tərəfindən 10294 min manatlıq  təmir- tikinti işləri aparılmışdır. Bu isə ötən illə müqayisədə 9158,5 min manat və ya 9 dəfə  çoxdur.
         Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2018-cü illər) üzrə nəzərdə tutulmuş tədbirlərin icrası respublikanın hər yerində olduğu kimi Samux rayonunda da uğurla davam etdirilmiş  və son illər rayonumuzun sosial və iqtisadi həyatında böyük irəliləyişlərə nail olunmuşdur.
    Hesabat dövründə əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 39895,2 min manat olmuşdur. O cümlədən sənayeyə 1205,4 min manat, kənd təsərrüfatına 2028,9 min manat, tikintiyə 31466,8 min manat, rabitəyə 861,0 min manat, nəqliyyata 3430,0 min manat, sosial sahəyə 903,1 min manat investisiya qoyulmuşdur. Əsas kapitala qoyulan investisiyanın 35489,1 min manatı istehsal təyinatlı, 4406,1 min manatı isə qeyri-istehsal təyinatlıdır. 28084,5 min manat əsas fondlar istifadəyə verilmişdir.
       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev   19 avqust 2017-ci il tarixində tikintiləri başa çatmış Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux və Zazalı-“İmamzadə” avtomobil yollarının açılışlarında iştirak etmişdir. 23 min nəfər əhalinin yaşadığı və 11 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verən bu yolun tikintisi ölkə başçısının 2014-cü ildə imzaladığı müvafiq Sərəncama əsasən həyata keçirilmişdir. Uzunluğu 36 kilometr olan yol dördüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı yol inşa olunarkən onun üzərində müxtəlif diametrli suötürücü borular və 2 aşırımlı körpü tikilmiş və  16 yerdə avtobus dayanacağı quraşdırılmışdır. Yol nişanlarının qoyulması, üfiqi və şaquli nişanlama xətlərinin çəkilməsi, siqnal dirəklərinin qoyulması həyata keçirilmişdir.
Uzunluğu 19 kilometrdən çox olan Zazalı-“İmamzadə”  yolunun tikintisi zamanı  Gəncə çayı üzərində ikiaşırımlı körpü, 45 yerdə yol birləşmələri inşa olunub, 12 avtobus dayanacağı və 111 yol nişanı quraşdırılıb. Bu yolun tikilməsi Gəncə ºəhərinin ºimal hissəsindən keçən əlavə dairəvi avtomobil yolu rolunu oynayaraq, Samux, Şəmkir, Tovuz, Qazax, Gürcüstan ilə dövlət sərhədi istiqamətində və əksinə hərəkət edən nəqliyyat vasitələrinin Gəncə şəhərinin mərkəzinə daxil olmadan yük və sərnişin daşımasını təmin etməyə imkan verəcək.
Hesabat dövründə eyni zamanda uzunluğu 5 km olan Samux-Gəncə respublika əhəmiyyətli  avtomobil yolu əsaslı təmir edilmiş, “İmamzədə”-Əhmədbəyli yolunda (5,2 km) cari təmir işləri aparılmışdır. Samux-Yenikənd yoluna 2,8 km, Lək –Gəncə yoluna 1,5 km uzunluğunda yeni asfalt örtüyü çəkilmişdir.
Azərbaycan kənd investisiya layihəsi çərçivəsində rayonun Alabaşlı qəsəbəsində 9 km, Alıuşağı kəndində 12,5 km, Zazalı, Tatlı, Qiyaslı kəndlərində 12,5 km daxili küçə və yollarda təmir-bərpa işləri aparılmış, su keçidləri yenilənmişdir. Layihə çərçivəsində Lək kəndində daxili yolların təmiri işləri başa çatmışdır. Yaxın vaxtlarda Əlibayramlı, Çobanabdallı, Qarabağlar və Yenikənd kəndlərində  daxili yolların təmiri işlərinə başlanacaqdır.
Cari ildə Gəncə çayı üzərində rayonun Qarabağlar və Əhmədbəyli kəndlərini birləşdirən körpü tikilib istifadəyə verilmişdir.
  Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq  sərəncamları bunun əyani sübutudur.  Bu sərəncamlar əsasında rayonumuzda 46 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur ki, onlardan 41-i istifadəyə verilmişdir. Şəmkir –Maşın kanalına daimi suyun verilməsi təmin edilmişdir.
Əhalinin   təbii  qazla  təminatının  yaxşılaşdırılması  istiqamətində  də  müəyyən  işlər  görülmüşdür.  Hal-hazırda  rayonun 30  yaşayış  məntəqəsində  mavi  yanacaqdan  istifadə  olunur ki, bu da rayon üzrə 85,7 faiz yaşayış məntəqəsinin təbii qazla təmin olunması deməkdir. Hesabat dövrü ərzində rayonun Qarayeri qəsəbəsində diametri 57 mm-lik 570 p/m və diametri 76 mm-lik 590 p/m uzunluğunda qaz xətti çəkilərək rənglənmişdir. Sərkar, Çobanabdallı və Əlibayramlı kəndlərində bir ədəd qaz tənzimləyici məntəqə quraşdırılmışdır. Çobanabdallı, Qarabağlar və Əhmədbəyli kəndlərində yol kənarında olan qaz xətləri əsaslı təmir edilmişdir.  Hesabat dövründə 260 yeni abonent təbii qazla təmin edilmiş, 679  qaz sayğacı yenisi ilə əvəz edilmişdir.
  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 27 fevral 18 saylı Fərmanı  ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”-nın yerinə yetirilməsi istiqamətində  rayonda görülən işlər davam etdirilmişdir. Belə ki, rayon üzrə  təmirə ehtiyacı olan 9  çoxmənzilli yaşayış binalarında təmir bərpa işlərinə başlanmışdır ki, onlardan 1 bina Samux şəhərində, 6 bina Qarayeri qəsəbəsində, 2 bina isə İstixana kəndində yerləşir. 
Samux şəhərində 16 mənzilli, ikimərtəbəli binanın 1064 kv.m. dam örtüyü tam yenilənmişdir. Blokların girişinə  3 ədəd dəmir qapı, 3 ədəd plastik pəncərə quraşdırılmış və fasadı suvanmışdır.
Qarayeri qəsəbəsi Cavad Məmmədov küçəsində yerləşən 8 mənzilli,  ikimərtəbəli binanın 470 kv.m.  və həmin küçədə  6 mənzilli , ikimərtəbəli binanın 420 kv.m. və İstixana kəndində yerləşən 12 mənzilli, ikimərtəbəli  iki binada dam örtüyünün  yenilənməsi başa çatmışdır. Hazırda binaların  hamsında işlər başa çatmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Samux rayonunda çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” 21.08.2017-ci il tarixli 3176 saylı Sərəncamı ilə  ayrılmış vəsait hesabına rayonda 59  ədəd çoxmənzilli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, fasadlarında suvaq işləri aparılmış və rənglənmişdir. Həmin binaların bloklarında cari təmir təmir işləri həyata keçirilmişdir.
Eyni zamanda Samux şəhərinin Elçin Məmmədov və Arif Nəbiyev küçələrində, Heydər Əliyev prospektində, Samux-Yenikənd yolunda təmir bərpa işləri başlanmışdır. Hazırda işlər davam etdirlir.
Hesabat dövründə rayonun  Alabaşlı qəsəbəsi, Zazalı, Alıuşağı, Tatlı, Qiyaslı  yaşayış məntəqələrinin ümumilikdə 34 km olan  daxili yollarında çınqıl materialı ilə  təmir bərpa işləri görülmüş, Alabaşlı qəsəbəsində 2 ədəd, Alıuşağı kəndində 2 ədəd, Zazalı kəndində isə 3 ədəd yeni dayanacaq quraşdırılmışdır. 

  Hesabat dövrü ərzində Burunqovaq kənd ümumi orta məktəbi üçün modul tipli 80 şagird yerlik məktəb binasının tikintisi əsasən başa çatmış, yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Əhmədbəyli kəndində fəaliyyət göstərən 80 yerlik uşaq bağçası yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilmişdir. 
        Samux şəhərinin içməli suya olan tələbatının ödənilməsi üçün  müvafiq sərəncama uyğun olaraq 3,24 hektar təmizləyici qurğuya və 2,22 hektar su anbarının inşa edilməsinə torpaq sahəsi ayrılmışdır. Yaxın vaxtlara təmizləyici qurğu və su anbarının tikintisinə başlanması nəzərdə tutulur.
      Bundan başqa iri taxılçılıq təsərrüfatlarının yaradılmsı məqsədilə “Region Samux” və Goranboy rayonları  ərazisində yaradılacaq aqroparkın suvarma suyu ilə təmin edilməsi  məqsədi ilə rayonun Əhmədbəyli kəndi ərazisindən 12 km uzunluğunda  1600 mm diametrli boru ilə su xəttinin çəkilməsi istiqamətində işlər davam etdirilir. Xəttin 9,4 km-i kompozid, 2,6 km-i isə dəmir boru ilə çəkiləcəkdir. Tutumu 100 min kub m. olan su ambarının tikintisi üçün qazıntı işləri aparılmışdır.
         Samux Elektrik Şəbəkəsinin yeni inzibati binasının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
         Samux Telekommunikasiya Qovşağının inzibati binasının tikintisi başa çatdırılmışdır və yaxın günlərdə istifadəyə veriləcəkdir. 
         Samux rayonunun iqtisadiyyatı bu gün yeni inkişaf mərhələsindədir və gələcək dövrlərdə də daha da inkişaf edəcəyinə böyük ümidlər bəsləyirik.


Samux Rayon Statistika İdarəsi

Keçidlər