Bu il tarlalardan bol məhsul yığılır
Samux rayonunda 2018- ci ilin məhsulu üçün 2865,5 hektar sahədə dən üçün günəbaxan əkilmişdir. Əkin sahələrinin 173,5 hektarı kənd təsərrüfatı müəssisələrinin, 2692 hektarı isə əhali təsərrüfatlarının payına düşür. Bu məhsulun satış bazarları olduğuna görə əkin sahələri ilbəil artır. Əkin sahələrinin becərilməsində aqrotexniki qaydalardan, mineral və üzvi gübrələrdən, pestisidlərdən daha geniş istifadə edilir. Bu bitkinin becərilməsi qaydaları kənd zəhmətkeşləri tərəfindən yeksək dərəcədə mənimsənilmişdir. 2017-ci ildən Şəmkir Maşın Su Kanalının işə düşməsi məhsulun vaxtında suvarılmasına və məhsuldarlığın artırılmasına səbəb olmuşdur. 01avqust 2018-ci il tarixinə təsərrüfatlardan 78,8 ton dən üçün günəbaxan yığılmışdır. Məhsuldarlıq 21,3 sentner olmuşdur. Bu ilki məhsuldarlığı nəzərə alaraq deyə bilərik ki, bu il təsərrüfatlardan 6100 tondan artıq məhsul əldə edilə bilər.
Samux Rayon Statistika İdarəsi