Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda sənaye məhsullarının istehsalı artmışdır

29 avqust 2018 | 16:00

2018-ci ilin yanvar-İyun ayları ərzində rayon üzrə  4394,0 min manatlıq mal və məhsul istehsal edilmiş və xidmət göstərilmişdir. Bu əvvəlki ildən 1166,8  min manat, yaxud 36,2 faiz çoxdur. Sənaye sektorundakı bu artım emal sənayesində yeni yaradılmış müəssisəllərdə məhsul istehsalını artırması nəticəsində olmuşdur. Emal sənayesi üzrə  əvvəlki ilə nisbətən 3,2 dəfə çox mal və məhsul istehsal edilmişdir. Mədənçıxarma sənayesində   əvvəlki ildən 56,6 faiz çox, yəni 23,5  min manatlıq məhsul istehsal edilmişdir.
         Sənaye üzrə məhsul buraxılışının 2383,2 min  manatı (54,2 faiz) xidmət sahəsinin, 23,5 min manatı (0,5 faiz) mədənçıxarma sənayesinin, 2011,4 min manat (45,8 faiz) emal sənayesinin payına düşür.
       Hesabat dövründə enerji təchizatı üzrə 1457,6 min manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz çox, qaz xidməti üzrə 891,8 min manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26 faiz az, su xidməti üzrə 9,2 faiz az, kommunal xidmətlər üzrə isə 6,7 faiz çox xidmət göstərilmişdir.
        Rayon üzrə istehsal olunmuş  4394,0 min manatlıq mal və xidmətlərin 2382,6 min manatı dövlət sektorunun (54,2 faiz), 2011,4 min manatı qeyri-dövlət sektorunun (45,8 faiz) payına düşür. Məhsul buraxılışının 290,5 min manatı fiziki şəxslər tərəfindən görülmüşdür.
Sənaye müəssisələrində  484 nəfər muzdlu işçi çalışır. Bu əvvəlki ildəkindən 17,5 faiz çoxdur. Sənaye müəssisələrində çalışan işçilərin 393 nəfəri dövlət sektorunda, 91 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət ğöstərirlər.


Samux Rayon Statistika İdarəsi

Keçidlər