Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Qurban bayramı qeyd edildi.

22 avqust 2018 | 16:00

22-23 avqust tarixlərində İslam dünyasının ən əziz  bayramı olan Qurban bayramı münasibəti ilə Samux rayonunda bayram tədbiri keçirildi. Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya çərçivəsində rayonda yaşayan şəhid ailələri, əlillər, müharibə veteranları, məcburi köçkünlər, tənha ahıllar və aztəminatlı ailələrə Qurban sovqatı paylanıldı.
Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər insanlara həmrəylik və mənəvi saflıq kimi yüksək dəyərləri aşılayan Qurban bayramı münasibətilə Samux sakinlərini təbrik edib, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizə daim ehtiramla yanaşdığını vurğulayaraq belə tədbirlərin vətəndaşlara dövlət qayğısının təzahürü olduğunu qeyd etdilər.
Samux rayonu üzrə 2000 nəfərdən artıq insana bayram payı verildi.

Keçidlər