Samuxda üzüm yığımı başlanıb
14 avqust 2018 | 16:00
Vaxtilə üzüm və şərab istehsalına görə şöhrət qazanmış Samux rayonunda bu sahəyə maraq artmaqdadır. 2003-cü ildə rayonda üzüm bağı 232 hektar olduğu halda hal-hazırda 4,4 dəfə artaraq 1025,2 hektara çatmışdır. Bunun da 15,6 hektarı yeni salınmış bağlardır. Üzüm bağlarının 488 hektarı süfrə üzümü, 537,2 hektarı isə şərab üzümüdür. Son məlumata görə sahələrdən 241 ton üzüm yığılaraq satışa verilmişdir. Hal-hazırda tez yetişən “Yaylıq”, “Prima” “Kardinal” kimi üzüm növlərinin yığımı davam edir.
Üzümçülük kənd təsərrüfatında ən çox gəlir gətirən sahələrdən biridir. Bu sahə həm də əhalinin məşğulluq probleminin həllində mühüm rola malikdir.
Samux Rayon Statistika İdarəsi