Samuxda 2018-ci ilin məhsulu üçün əkinlərin qəti uçotu aparılıbdır
Samux rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı və heyvandarlıq məhsullarının istehsalı təşkil edir. Kənd təsərrüfatı ölkə iqtisadiyuyatının mühüm tərkib hissəsi kimi böyük inkişaf yolu keçmişdir. Fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı kənd təsərrüfatının inkişafına müsbət təsir göstərmişdir.
Kənd təsərrüfatının əsas sahələrindən biri də əkinçilikdir.
2018-ci ilin məhsulu üçün 22816 hektar sahə əkin altında olmuşdur ki, bu da əvvəlki
illə müqayisədə 1563 hektar və yaxud 7,3 faiz çoxdur.
2018 ci ilin məhsulu üçün rayon üzrə bütün təsərrüfat kateqoriyaları daxil olmaqla dən və yaşıl yem üçün 10610 hektar sahədə payızlıq taxıl səpini aparılmışdır. Payızlıq taxıl səpinin 9823 hektarı və yaxud 92,6 faizi dən üçün, 787 hektarı və yaxud 7,4 faizi xəsil məqsədi ilə aparılmışdır. Dən üçün aparılmış səpinin 6183 hektarı və yaxud 62,9 faizi buğda, 3640 hektarı və yaxud 37,1 faizi dən üçün arpa olmuşdur.
2017-ci ilin məhsulu üçün isə 12361 hektar sahədə dən və yaşıl yem üçün payızlıq taxıl səpini aparılmışdır.Payızlıq taxıl səpininin 11519 hektarı və yaxud 93,2 faizi dən üçün,842 hektarı və yaxud 6,8 faizi xəsil məqsədi ilə aparılmışdır. Dən üçün aparılmış səpinin 8642 hektarı və yaxud 75,1 faizi buğda, 2877 hektarı və yaxud 24,9 faizi dən üçün arpa olmuşdur.
2018-ci ilin məhsulu üçün aparılmış dən və yaşıl yem üçün payızlıq taxıl səpininin 256 hektarı və yaxud 2,4 faizi dövlət kənd təsərrüfatı müəssisələrinin, 4513 hektarı və yaxud 42,5 faizi qeyri-dövlət kənd təsərrüfatı müəssisələrinin, 5841 hektarı və yaxud 55,1 faizi ailə kəndli və ev təsərrüfatlarının payına düşür.
Keçən illə müqayisədə dövlət kənd təsərrüfatı müəssisələrində 44 hektar və yaxud 14,7 faiz , ailə kəndli və ev təsərrüfatlarında 297 hektar və yaxud 4,8 faiz, qeyri- dövlət kənd təsərrüfatı müəssisələrində isə 1410 hektar və yaxud 23,9 faiz az , ümumilikdə 1751 hektar və yaxud 14,2 az payızlıq taxıl səpini aparmışlar.
Artıq tarlalarda 2018-ci ilin məhsulu üçün yazlıq bitkilərin səpini demək olar ki, başa çatmışdır. 2018-ci il tarixinə təqdim edilmiş 4kt N-li əkinlərin qəti uçotuna dair hesabatlara əsasən bütün təsərrüfat kateqoriyaları daxil olmaqla və toxumluq üçün əkilmiş tərəvəzi də nəzərə almaqla 7247 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır.
Azalma əsasən günəbaxan və şəkər çuğundurunda müşahidə olunmuşdur.
Aparılmış yazlıq səpinin 896 hektarı və yaxud 12,4 faizi çoxillik otlar, 245 hektarı və yaxud 3,4 faizi kartof, 710 hektarı və yaxud 9,8 faizi tərəvəz, 2866 hektarı və yaxud 39,5 faizi günəbaxan, 526 hektarı və yaxud 7,3 faizi şəkər çuğunduru, 241 hektari və yaxud 3,4 faizi yazlıq arpa, 452 hhektarı və yaxud 6,2 faizi yazlıq buğda, 27 hektarı və yaxud 0,4 faizi paxlalılar, 13 hektarı və yaxud 0,2 faizi çəltik 432 hektarı və yaxud 5,9 faizi pambıq, 272 hektarı və yaxud 3,7 faizi tərəvəz toxumluq, 359 hektarı və yaxud 4,9 faizi qarğıdalı, 213 hektarı və yaxud 2,9 faizi bostan, 25 hektarı və yaxud 0,4 faizi birillik otlar olmuşdur.
Toxumluq tərəvəzdə nəzərə alınmaqla aparılmış yazlıq bitkilərin səpininin 107 hektarı və yaxud 1,5 faizi dövlət kənd təsərrüfatı müəssisələrinin, 1022 hektarı və yaxud 14,1 faizi qeyri- dövlət kənd təsərrüfatı müəssisələrinin, 6118 hektar və yaxud 84,4 faizi ailə kəndli və ev təsərrüfatlarının payına düşür.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə yazlıq bitkilərin səpinində qeyri-dövlət kənd təsərrüfatı müəssisələrində 179 hektar və yaxud 21,2 faiz artım, ailə kəndli və ev təsərrüfatılarında 497 hektar və yaxud 7,5 faiz azalma, dövlət kənd təsərrüfatı müəssisələrində isə 279 hektar və yaxud 72,3 faiz azalma müşahidə olunmuşdur.
Aparılan müşahidələrə əsasən qeyd etmək olar ki,artıq təsərrüfatlar açıq torpaq sahələri ilə yanaşı olaraq, örtülü torpaqlarda (istixana komplekslərində) əkin aparmağa daha çox maraq göstərir. Bu təqdim olunan hesabatlardada öz əksini tapmışdır. Belə ki, təqdim olunan hesabatlara əsasən 2018-ci ilin məhsulu üçün təsərrüfatlar bu istixanalarda 56,5 hektar sahədə tərəvəz bitkiləri əkmişdir. İstixanalarda əkilən tərəvəzin 6,4 hektarı və yaxud 11,3 faizini xiyar, 47,0 hektarı və yaxud 83,4 faizini pomidor, 3,1 hektari və yaxud 5,3 faizini sair tərəvəz bitkiləri təşkil etmişdir. İstixanalarda əkilən tərəvəzin 32,5 hektarı və yaxud 57,5 faizi ailə kəndli və ev təsərrüfatlarının, 24 hektarı və yaxud 42,5 faizi isə kənd təsərrüfatı müəssisələrinin payına düşür.
Kənd təsərrüfatının davamlı inkişafını,məhsul istehsalçılarının gəlirlə işləməsini,istehlakçıların mənafelərinin müdafiə olunmasını təmin etmək üçün maliyyə imkanları artdıqca bu sahəyə göstərilən dövlət dəstəyinin həcmi də artır və əhatə dairəsi genişlənir.
Samux Rayon Statistika İdarəsi