Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Seyidlər kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Seyidlər kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Seyidlər kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Cəfərov Nemət Mirsaleh oğlu Kəndin giriş hissəsində olan subartezian quyusunun nasosunun təmir edilməsini xahiş etdi.
2. Abbasov Sahib Allahverdi oğlu Qəbiristanlığa gedən küçənin elektrik dirəklərinin və elektrik naqillərinin yenilənməsini xahiş etdi.
3. Şubliyev Məhəmməd Həsən oğlu Pay torpaqlarının suvarılmasında istifadə olunan baş arxların lildən təmizlənməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.