Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Samux şəhər sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Samux şəhər sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Samux şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Elşad Qasımov kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Nəsibov Fazil Məsim oğlu Ağ yer deyilən yerdə pay torpaqlarının suvarılması üçün 1 ədəd subaryezan quyusunun qazılmasını xahiş etdi .
2. Xəlilov Rövşən Şərəfxan oğlu pay torpaqlarının suvarılması üçün Şəmkir-Samux-Goranboy su kanalında daim suyun olmasını xahiş etdi.
3. Nuriyev Samir Fazil oğlu oğlu şəhər və kanal ətrafı zibilliklərin təmiz saxlanılmasını təklif etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.