Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Tatlı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.

04 iyul 2018 | 16:00

Samux  Rayon  İcra Hakimiyyətinin  başçısı cənab  Alı Qocayevin rayonun Tatlı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd  sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə  Tatlı     kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi  kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Mehtiyev Zirəddin Qənbər oğlu Tatlı-Qiyaslı yoluna asfalt salınmasını xahiş etdi.
2 Məmmədov Amil Kamil oğlu kəndarası yolların kənarındakı arxların koldan təmizlənməsini xahiş etdi.
3. Kərimov Namaz Xanlar oğlu Şəhid bulağına suyun təmin olunmasını xahiş etdi.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər