Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi" qeyd edildi.

26 iyun 2018 | 16:00

“26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi" ölkənin hər yerində olduğu kimi Samuxda da təntənəli şəkildə qeyd edildi. 26 iyun 2018-ci il tarixdə Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman İdarəsinin , Gəncə Regional Mədəniyyət və Turizm Şöbəsinin Samux rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən n saylı hərbi hissənin əsgər, zabit heyyəti ilə gənclərin görüşü təşkil olunmuşdur. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi" münasibəti ilə hərbi hissənin bütün şəxsi heyyətini təbrik edərək ordumuzun önəmimdən , şanlı tarixindən danışdı, cənab prezidentimiz İlham Əliyevin müəllifi olduğu "İnkişaf Məqsədimizdir" adlı kitabı hərbi hissənin komandirinə təqdim etdi. Daha sonra Hərbi hissənin komandiri və başqa iştirakçılar çıxış edərək əsgər və zabitlərimizi təbrik edərək, ordumuzun gücündən, döyüş əzmindən danışdılar. Müsiqili kompazisiya ilə davam edən tədbirdə Gənclər və İdman İdarəsi tərəfindən futbol topu, dama və başqa əsgər və idman ləvazimatları əsgərlərə təqdim olundu. Tədbir əsgərlər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı . Əziz xalqımız 26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibəti ilə hər birinizi təbrik edirik.

Keçidlər