Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda "Ordumuz qürurumuzdur" şüarı adıvaltında sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi təşkil olundu.

24 iyun 2018 | 16:00

Samuxda "26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi" təntənə ilə qeyd edilir. 24 iyun 2018-ci il tarixdə Ziyadlı kəndində 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi münasibəti ilə "Ordumuz qürurumuzdur" şüarı altında sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi təşkil olundu. Tədbiri keçirməkdə məqsəd "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi"nin təntənəli şəkildə qeyd edilməsi , gənclərdə vətənpərvərlik, azərbaycançılıq hisslərinin gücləndirilməsi, ordumuza qarşı məhəbbət hissinin aşılanması, sərbəst güləş idman növünün inkişaf etdirilməsi, gənclər arasında təbliği və idmanın kütləviliyinin artırılmasıdır. Açıq birincilikdə Samuxdan 1, Gəncədən 4, Şəmkirdən 2 komanda olmaqla 100-ə qədər idmançı mübarizə apardı. Yarış uğurla sona çatdı. Qaliblər diplom və medallarla mükafatlandırıldılar .

Keçidlər