Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda dövlət qulluqçularının peşə bayramı günü qeyd olundu.

22 iyun 2018 | 16:00

Bu gün “23 iyun- Dövlət Qulluqçularının peşə” bayramıdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunmuş bu peşə bayramı münasibətilə Samux Rayon İcra hakimiyyətində tədbir keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə Samux rayon mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər. Tədbirdə giriş nitqi ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı cənab Alı Qocayev rayonun dövlət hakimiyyəti orqanlarında çalışan şəxsləri peşə bayramı münasibəti ilə təbrik etdi. Qeyd edildi ki, Azərbaycanın dünyada təqdir olunan və bəyənilən nailiyyətlərinin qazanılmasında və onların gündən-günə artırılmasında ölkənin dövlət idarəetmə sistemində çalışan insanların, o cümlədən dövlət hakimiyyəti orqanının və digər qurumların aparatlarında inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının əməyi də az deyildir.
Daha sonra çıxış edən Samux Rayon Ağsaqqallar Şurasının sədri Nizami Məmmədov qeyd etdi ki,  Azərbaycanda dövlət qulluğunun müasir inkişaf tarixi 2000-ci ilin iyulunda ulu öndər Heydər Əliyevin imzaladığı “Dövlət qulluğu haqqında” Qanunla başladı. Ulu öndər Azərbaycan dövlətinin möhkəm bünövrəsinin qurulmasının əsas şərtlərindən biri kimi dövlət idarəçilik sisteminin yaradılmasına çox böyük diqqət vermişdir. Onun böyük ənənələri bu gün Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyev məktəbinin yetişdirməsi və onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Samux  rayonunun da dövlət qulluqçuları vəzifə öhdəliklərinin yerinə yetirilməsi və vətəndaşların müraciətlərinə baxılması sahəsində işlərinin şəffaf və qanunauyğun görülməsinə çalışırlar. Artıq bir neçə ildir ardıcıl olaraq rayonunun dövlət qulluqçularından biri ölkə rəhbərliyi tərəfindən təltif olunur. Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyəti Başçısının  Sərkar kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Təhmasib Əliyev dövlət qulluqçularına öz fəaliyyətində uğurlar arzuladı.
Çıxış edən digər natiqlər peşə bayramı münasibəti ilə ürək sözlərini, arzu və təkliflərini  bildirdilər.
Tədbirin sonunda dövlət qulluğunda fərqlənən   bir qrup dövlət qulluqçularına fəxri fərmanlar verildi.

Keçidlər