Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qarabağlar kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qarabağlar kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qarabağlar kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Məmmədova Raya Səməd qızı yeni yaşayış massivinə qaz xəttinin çəkilməsini xahiş etdi.
2. İsmayılov Tariyel İsmayıl oğlu taxıl sahələrinin biçilməsi üçün kombayn ayrılmasını xahiş etdi.
3. Vəliyev Üzeyir Bəylər oğlu yeni qazılmış subartezian quyusunun qısa zamanda qoşulmasını xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.