Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Ahıllar Günü” qeyd edilmişdir.

02 oktyabr 2013 | 15:00

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qayğıya ehtiyacı olan  ahıl və yaşlı insanlara diqqət və qayğısı Respublikanın bütün bölgələrində olduğu kimi Samux rayonunda da hiss olunur. Belə ki, onların ehtiyaclarının və problemlərinin həlli ilə bağlı imzaladığı sərəncamların, qəbul edilmiş qərarların icrası  rayonumuzda da yüksək səviyyədə və diqqətlə icra olunmaqdadır.
      1992-ci ildə BMT-nin Baş Məclisində Beynəlxalq Ahıllar Gününün qeyd edilməsi ilə əlaqədar qəbul olumnuş qətnamənin icrasına Azərbaycanda 1993-cü ildə mərhum Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. Bu gün də bu ənənə davam etdirilməkdədir.
      Rayonumuzda hər il olduğu kimi 1 oktyabr Ahıllar Günü ilə bağlı keçirilən tədbir bu il də yüksək səviyyədə keçirildi.  Tədbir  Samux rayon İcra Hakimiyyəti və Samux rayon ƏSMM-nin birgə təşəbbüsü ilə keçirildi. Tədbirdə  80 nəfər rayon sakini olan ahıl və yaşlı insanlar, Samux rayon İcra Hakimiyyəti Başçısı cənab Alı Qocayev, digər rəhbər işçilər, Samux rayon ƏSMM-nin kollektivi iştirak edirdilər. Tədbirdə  iştirak edə bilməyən 30 nəfər ahıl və yaşlı insanlara da evlərində  hər birinə Beynəlxalq Ahıllar Günü münasibətilə sovqatlar təqdim edildi.

Keçidlər