Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Ramazan bayramı” münasibəti ilə iftar süfrəsi açıldı

13 iyun 2018 | 16:00

Samux  şəhərindəki “Qoşqar” şadlıq  evində Samux  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan bayramı münasibəti ilə iftar süfrəsi açıldı.
İftar mərasimi rayonun imamı  Məmmədov İlham tərəfindən Qurani-Kərimdən ayələrin oxunması ilə başlanıldı.
Mərasimdə Samux  Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev  iftar süfrəsində iştirak edənləri salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik etdi. Azərbaycanda və eləcə də Samux  rayonunda açılan bu iftar süfrələrinin ölkəmizdəki ənənəvi tolerantlığı nümayiş etdirdiyini vurğuladı. Ölkəmizdə sabitlik, davamlı inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyini bildirdi. Cənab Prezidentin yürütdüyü siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmləndiyini, ölkəmizdə məscid və dini ibadət yerlərinin inşa edildiyini diqqətə çatdırdı. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə işğal edilmiş bütün torpaqları işğaldan azad ediləcəyinə, Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyinə, o torpaqlarda da belə gözəl iftar süfrələrinin açılacağına əminliyini bildirdi.
İftar süfrəsində iştirak edənləri və onların simasında bütün rayon əhalisini müqəddəs ramazan bayramı münasibəti ilə təbrik edən rayon icra hakimiyyəti başçısı xoş arzularını çatdırdı.
Daha sonra Ramazan duası oxundu.

Keçidlər