Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Ulu Öndərdən bizə miras qalan "Milli Qurtuluşumuz dəyərli sərvətimizdir" mövzusunda tədbir keçirildi

11 iyun 2018 | 16:00

YAP Samux rayon təşkilatının və  rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə - “Ulu Öndərdən bizə miras qalan Milli Qurtuluşumuz dəyərli sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin YAP Samux rayon təşkilatının inzibati binasındakı abidəsi önünə gül-çiçək dəstələri qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə   YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov  çıxış edərək bildirib ki, xalqımızın istiqlal tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olmuş 1993-cü ilin 15 iyunu Azərbaycanın müstəqilliyi uğrunda  minillərlə yaşayacaq şanlı mübarizə tarixidir. Bildirildi ki, bugünkü qüdrətli Azərbaycan Respublikasının milli və dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən siyasi strategiyanın əsas istiqamətləri ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib.
  YAP Samux rayon təşkilatının İdarə Heyətinin  üzvü Şəmistan Yusifov qeyd tdi ki, 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyalarının möhkəm şəkildə bərqərar olmasına fundamental əsaslar yaratdı, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı.
Samux Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Qurban Həsənov, İnstitut qəsəbə tam orta məktəbinin müəllimi  Dilarə Əsgərova,  rayon Mərkəzi Kitabxana Sisteminin  işçiləri Gülay Nəbiyeva, Tərifə Vəliyeva və digər çıxışçılar Milli Qurtuluş Günü ilə bağlı fikirlərini söyləyiblər.
Zahid Rza, “İki sahil”

Keçidlər