Samux rayonunda “Prokurorluq orqanları əməkdaşlarının peşə bayramı” günü qeyd edilmişdir.
01 oktyabr 2013-cü il tarixində saat 11-00 da Samux rayonu İcra Hakimiyyəti binasının konfrans zalında “Prokurorluq orqanları əməkdaşlarının peşə bayramı” günü münasibətilə peşə bayramı tədbiri keçirilmişdir. Tədbirdə İcra Hakimiyyətinin Başçısı, İcra Hakimiyyətinin bir sıra məsul işçiləri, hüquq mühafizə orqanlarının rayon şöbələrinin rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Ümumilikdə tədbirdə 63 nəfər iştirak etmişdir. Tədbiri Samux rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev açaraq başda Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov olmaqla bütün prokurorluq orqanları əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik etmiş, Azərbaycan Respublikasında prokurorluq orqanlarının rolu, tarixi, bu günü və ölkə başçısının prokurorluq orqanlarına və işçilərinə qayğısı haqqında geniş nitq söyləmişdir.
Bundan sonra Samux rayon Prokuroru N. Qasımov keçirilən bu peşə bayramı münasibəti ilə ətraflı məruzə etmişdir. Onun bu məruzəsinə rayon ictimaiyyətinin nümayəndələri də qoşularaq məruzə ətrafında çıxışlar etmişlər. Daha sonra hüquq mühafizə orqanlarının rayon şöbələrinin rəhbərləri də təbrik çıxışları etmişlər.
Tədbirin sonunda İcra Hakimiyyətinin Başçısı tərəfindən rayonda öz işləri ilə fərqlənən Prokurorluq orqanları əməkdaşları hədiyyələrlə mükafatlandırılmışlar.