Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda yazlıq bitkilərin səpini uğurla aparılır.

06 iyun 2018 | 16:00

Samux rayonunun iqtisadiyyatının  əsasını  kənd  təsərrüfatı  məhsullarının  istehsalı təşkil edir. Kənd təsərrüfatı ölkə iqtisadiyuyatının mühüm tərkib hissəsi kimi böyük inkişaf yolu keçmişdir. Fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı kənd təsərrüfatının inkişafına müsbət təsir göstərmişdir.
                  Kənd təsərrüfatının əsas sahələrindən biri də əkinçilikdir.
           Artıq tarlalarda 2018-ci ilin məhsulu üçün  yazlıq bitkilərin səpininə  başlanmışdır. 01may 2018-ci il tarixinə təqdim edilmiş hesabatlara əsasən bütün təsərrüfat kateqoriyaları daxil olmaqla 6206 hektar  sahədə yazlıq bitkilərin səpini aparılmışdır.
      Aparılmış yazlıq səpinin 692 hektarı və yaxud 11,2 faizi çoxillik otlar, 230,5  hektarı və yaxud 3,7 faizi kartof, 557,5 hektarı və yaxud 8,9 faizi tərəvəz , 368  hektarı  və yaxud 5,9 faizi yazlıq buğda, 241 hektarı və yaxud 3,8 faizi yazlıq arpa, 2326,5 hektarı və yaxud 37,5 faizi günəbaxan, 938 hektarı və yaxud 15,1 faizi    şəkər çuğunduru, 138,5 hektarı və yaxud 2,2 faizi bostan, 245 hektarı və yaxud 3,9 faizi qarğıdalı, 432 hektarı və yaxud 6,9 faizi pambıq, 21 hektarı və yaxud 0,3 faizi paxlalılar, 14,5 hektarı və yaxud  0,2 faizi birillik otlar, 1,5 hektarı       qarabaşaq olmuşdur. 
  
       2018-ci ilin məhsulu üçün aparılmış yazlıq səpinin 4752 hektarı və yaxud 76,6 faizi ailə kəndli və ev təsərrüfatlarının, 225,5 hektarı və yaxud 3,6 faizi dövlət kənd təsərrüfatı müəssisələrinin, 1228,5 hektarı və yaxud 19,8 faizi qeyri dövlət kənd təsərrüfatı müəssisələrinin  payına düşür. 

     Hal-hazırda yazlıq bitkilərin səpini davam edir.


                        Samux Rayon Statistika İdarəsi

Keçidlər