Samuxda “Uşaq hüquqlarının pilləli tədrisi” layihəsi yekunlaşıb
04 iyun 2018 | 16:00
Ombudsman Gəncə Regional Bölməsi tərəfindən Samux şəhər 3 nömrəli tam orta məktəbdə hətaya keçirilən “Uşaq hüquqlarının pilləli tədrisi” layihəsi yekunlaşıb.
Layihə çərçivəsində fevral-may ayları ərzində məktəbin bir sıra müəllimləri tərəfindən II-X sinif şagirdlərinə Ombudsman Gəncə Regional Bölməsi tərəfindən təqdim edilmiş “Uşaq Hüquqları Konvensiyası” adlı kitab və “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” adlı dərs vəsaitindən, digər hüquqi nəşrlər və plakatlardan istifadə edilməklə maarifləndirici dərslər keçirilib.
“Uşaq hüquqlarının pilləli tədrisi” layihəsinin yekununda fərqlənən şagirdlərə sertifikatlar, müəllim və məktəbin direktoruna təşəkkürnamə təqdim edilib.