Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Narkomaniyaya Yox Deyək” başlığı altında maarifləndirici seminar məşğələ keçirildi.

31 may 2018 | 16:00

Heydər Əliyev Mərkəzində Samux rayon Gənclər və İdman İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon Bölməsi, Təhsil Şöbəsinin təşkilatçılığı, Polis Şöbəsi, Mərkəzi rayon Xəstəxanasının və tam orta məktəblərin fiziki tərbiyə və hərbi hazırlıq müəllimlərinin iştirakı ilə “Narkomaniyaya Yox Deyək” başlığı altında maarifləndirici seminar məşğələ keçirildi. Seminarı Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon Bölməsinin giziri Rüstəm Xudiyev açıq elan edərək mövzü ilə bağlı iştirakçıları məlumatlandırdı. Hər kəs narkotikin necə ziyanlı olduğu barədə bilir. Buna baxmayaraq onun toruna düşənlərin sayı çox sürətlə artır. Görünür narkotikin insanı və onun həyatını necə şikəst etməsi barədə məlumat azlıq təşkil edir. Bizim tədbirimizin məqsədi bu təhlükəni yenyetmə və gənclərə çatdırmaqdır deyə sözü digər qonaqlara verdi.
Daha sonra Polis Şöbəsinin baş leytinantı Nərman Məmmədzadə qeyd etdi ki, narkotiklə mübarizə dedikdə, narkomanlarla mübarizə nəzərdə tutulur. Beynəlxalq təşkilatların qəbul və təsdiq etdiyi prinsiplər narkotikə qarşı mübarizə zamanı diqqətli olmağı tövsiyyə edir. Bu, narkotik istifadəçilərinə qarşı müharibə kimi qəbul olunmamalıdır. Çünki narkotikdən əziyyət çəkən insanlara qarşı mübarizə aparmaq adətən onları daha da sıxışdırmaqla problemin getdikcə artması ilə nəticələnir. Mütəxəssislərin fikrincə, bu insanları cəmiyyət arasına gətirmək, onların reabilitasiyasına çalışmaq və narkotik asılılıqlarını bir xəstəlik kimi qəbul etmək, onları təqib etməmək (cinayət təqibi) və.s. lazımdır. Bütün bunlar Avropa ölkələrində tətbiq olunur və çox müsbət nəticələr verir. Təəssüflə qeyd etməliyik ki, bu gün ölkəmizdə də istər narkotik maddə satıcıları, istərsə də ondan istifadə edənlər var. Əlbəttə, narkotik maddə satıcılarının həbs olunmadığını deyə bilmərik. Lakin az müddətdən sonra onların yenidən öz çirkin əməllərini davam etdiklərinə çoxumuz şahid oluruq.
Mərkəzi Xəstəxanasının həkimi Rafael Hüseynov öz çıxışında bu ümumdunya bəlasının insan orqanizminə verdiyi zərələrdən söhbət açdı. Qeyd etdi ki, Narkotik ilk növbədə narkomanın sağlamlığına ziyan vurur. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların - qara ciyər və böyrəyin zəhərlənməsinə gətirib çıxarır. Narkomanlar içərisində ən geniş yayılmış xəstəliklər QIÇS və hepatitdir. Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsilə daxil olur və vena vasitəsilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlar qan ilə tez-tez rastlaşırlar. Demək olar ki, bütün narkomanlar kollektiv səkildə "iynələnirlər". Onlar birlikdə narkotik alir və bundan pul qazanırlar. Ayrı-ayrı şprislə iynələnir, lakin eyni dozadan, yaxud hamısı eyni şprislə iynələnirlər. Aydındır ki, yanındakının xəstəliyinə yoluxmamaq ehtimalı sıfırdır. Lakin narkoman tək olduqda belə bu xəstəliklərə yoluxa bilər.  Narkotikin olmaması əsəbləşməyə və hirslənməyə gətirib çıxarır. Böyük narahatçılıq başlayır. Insan artıq bir işlə məşgul ola bilmir. Sonrakı "doza" üçün hər bir alçalmaya, iyrənc hərəkət eləməyə məcbur olur. Narkotik qəbul etdikcə ədəbsizlik və yalançılıq başlayır. Bütün maraqları, ümüdləri və qarşısına qoydugu məqsədləri getdikcə sönür.
Sonda Gənclər və İdman İdarəsinin rəis müavini Rasim İmamquliyev bu böyük problemin həlli istiqamətində qaşıda duran vəzifələrdən söhbət açdı. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş  “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın 
icrası ilə əlaqədar bu kimi tədbirlərin mütamadi keçirilməsini vurğuladı. Müəllimlərə bu sahədə ayıq-sayıq olmağı, narkomaniyanın törətdiyi fəsadlar haqqında müxtəlif tədbirlər keçirmələrini tövsiyyə etdi.

Qarşılıqlı müzakirə formatında keçən seminarda müəllimlərin ünvanlandırdıqları suallar cavablandırıldı.

Keçidlər