Samux rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olundu
Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyik yubileyi münasibəti ilə Samux rayon İcra Hakimiyyətinin akt zalında geniş tədbir keçirildi. Tədbirdə Samux rayon İcra hakimiyyətinin başçısı Alı Qocayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev geniş məruzə ilə çıxış edərək, 23 ay mövcud olan Azərbaycan Xalq Respublikasının əldə etdiyi uğurlardan, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna roldan, həyata keçirilən böyük islahatlardan və bu Cümhuriyyətin gələcəkdəki müasir Azərbaycanın müstəqilliyinə, onun inkişafına təsirindən geniş bəhs edib. Qeyd olunub ki, Azərbaycanın bolşevik işğalı nəticəsində endirilmiş və bir də 1990-cı ildə istiqlal mübarizəsi meydanlarında görünən üçrəngli bayrağı yalnız ulu öndər Heydər Əliyevin Vətən sevgisi sayəsində yenidən dövlət bayrağı kimi dalğalanmağa başladı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi, daha sonra müstəqil Azərbaycan Respublikasının bayrağı oldu. Bu, bir tarixdir və heç cür unudula bilməz.
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırılmasının vacibliyini istər çıxış və nitqlərində, istərsə də verdiyi müvafiq sərəncamlarında dəfələrlə xüsusi olaraq vurğulayıb. Prezidentimizin Azərbaycan Xalq Cümhuriyyəti barədə verdiyi müvafiq sərəncamları ilə bərabər, AXC-nin tariximizdə tutduğu yerə və liderlərinə verdiyi böyük qiymətin bariz nümunələridir.
Tədbir rayonun incəsənət nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə davam etdirildi.